Bu ilin 8 ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 40235 nikah qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 9877 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.
Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.
Maraqlıdır ki, boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
2017-ci ildə boşanan 5398 cütlüyün nikahı 5 ilədək, 3948-nin nikahı 9 ilədək, 5168-nin nikahı 10 il və daha çox davam edib.
40 min evləndi, 9 min boşandı - Statistika

Oxşar xəbərlər