300 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsi 23,5 mln manata başa gələcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu iyulun 10-da Bakının Pirallahin rayonunda yaşayış binasının tikintisi üzrə dörd müqavilə imzalayıb. Zəruri sosial-texniki infrastrukturu olan, 300 ailənin yerləşdiriləcəyi məhəllə dövlətə 23 milyon 482 min manata (13,8 milyon dollar) başa gələcək.

Dövlət satınalma reyestrinə əsasən, 72 mənzili olan iki bina, 162 mənzilli bir bina, həmçinin 220 yerlik məktəb binasının tikintisi "Diadem" və "AS İnşaat-N" şirkətlərinə həvalə edilib. Bu işlər üçün şirkətlər 20,4 milyon manat alacaqlar. Qaz təchizatı, abadlıq, yaşıllaşdrma işləri, yol şəbəkəsinin tikintisi üçün "R-Servis" şirkəti Fonddan 729 min manat alacaq. Elektrik, su təchizatı, kanalizasiya və suvarma sistemlərinin tikintisi ("Azəraqrartikinti" ASC) 2 milyon 332 min manata başa gələcək.

Turan