30 fələstinli alim şəhid Seyid Həsən Nəsrullahın məzarını ziyarət edib

Otuz fələstinli din alimi Seyid Həsən Nəsrullahın şəhadətini yad etmək üçün Beyrutun yerləşən şəhid hərəminə gedib.

Fələstin məsələsi ilə şəhid Seyid Həsən Nəsrullah arasındakı dərin əlaqəni ortaya qoyan simvolik tədbirdə Livandakı fələstinli qaçqın düşərgələrindən olan 30 din alimi şəhid Seyid Həsən Nəsrullahın məzarı başında bir araya gəlib. Bu səfər həmrəylik və Fələstin ideallarına sədaqət əlaməti olmaqla yanaşı, şəhid Nəsrullahın uca məqamına ehtiram olub.

Mərasim zamanı iştirakçılar şəhid Seyid Həsən Nəsrullahın məqbərəsində camaatla birlikdə günorta namazı qılıblar. Bu hərəkət təkcə şəhidin statusuna hörməti nümayiş etdirməklə yanaşı, həm də regiondakı çağırışlara qarşı müsəlman birliyinin kollektiv və simvolik aktı kimi qiymətləndirilib. Bundan əlavə, şəhid Seyid Həsən Nəsrullahın ruhuna “Fatihə” surəsi oxunaraq iştirakçıların bu böyük və nüfuzlu şəxsiyyətə sədaqəti nümayiş etdirilib.

Mərasimin ardınca bir çox alim çıxış edərək şəhid Seyid Həsən Nəsrullahın İslam birliyi və müsəlmanlar arasında ixtilafların bir kənara qoyulması ilə bağlı təlimlərini vurğuladılar. Şəhid Seyid Həsən Nəsrullahın Qüds və Fələstin məsələsində qətiyyətli mövqeyi və Qəzzə xalqının düşmən hücumlarına qarşı müqavimətinə tarixi dəstəyi də çıxışların digər mövzuları arasında olub.

Nümayəndə heyətini Seyid Həsən Nəsrullah hərəminin sədri Şeyx Əbdülmunim Qubeys hərarətlə qarşılayıb. “Bu qəbul bu hüzurun əhəmiyyətini və Fələstin alimləri ilə Livanlı din xadimləri arasında həmrəyliyi nümayiş etdirir. Bu tədbir müsəlman xalqlar arasında mədəni və dini əlaqələrin gücləndirilməsi və Fələstin xalqının hüquqlarının dəstəklənməsi istiqamətində atılan addım hesab olunur” deyə o fikirlərini ifadə edib.