Türkiyə və Pakistan hərbi dəniz təlimləri keçirir

Pakistan və Türkiyə Hərbi Dəniz Qüvvələri Ərəb dənizinin şimal hissəsində “Turqutreis-VII” ikitərəfli təlimləri keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Təlimlərdə müxtəlif dəniz əməliyyatları, asimmetrik hücumlara qarşı müdafiə, hava hücumundan müdafiə təlimləri və birgə koordinasiyalı patrul həyata keçirilib.