Türk diplomat Həzrəti Əbəlfəzlin (ə) hərəmini ziyarət edib

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Türk diplomat bildirib:

Həzrəti Abbasın (ə) hərəmində çalışan heyət görkəmli xidmətlər göstərir.

Bunu etmək çətindir, çünki milyonlarla insan bu müqəddəs yerə gəlir, lakin buna baxmayaraq, onlar keyfiyyətli və möhtəşəm xidmət göstərirlər.

İnsanlara gözəl mənəvi hal bəxş edən və nurani atmosferlə dolu bu yerdə olduğum üçün özümü çox məmnun və seçilmiş hiss edirəm."

Qeyd edək ki, Karakaş ötən həftə Həzrəti Əbəlfəzl Abbasın (ə) hərəmini ziyarət etdikdən sonra hərəmin bir qrup məsul işçisi ilə görüşüb, müqəddəs ziyarətəgahın ziyarətçilərə və Kərbəla əhalisinə xidmət etmək üçün hazırladığı layihələr haqqında məlumat alıb.