Suriya-İraq sərhədində İran yük maşınlarına hava zərbələri endirilib

 İraq-Suriya sərhədində Bu-Kamal sərhəd məntəqəsində İrana məxsus yük maşınları PUA-ların hücumuna məruz qalıb.

Operativtv.com SalamNews-dan bu barədə əl-Məyadin telekanalına istinadən xəbər verir.

Bildirilib ki, ötən gecə Bu-Kamalda İrandan Suriyaya ərzaq aparan 25 yük maşınından ibarət karvan naməlum PUA-ların hücumuna məruz qalıb.

Məlumata görə, yük maşınlarının üçü hava zərbələri nəticəsində yanıb.

Bu hücumda xəsarət alan olmayıb.

Hücumun İsrail tərəfindən həyata keçirildiyi təxmin edilir.