Suarezin yeni komandası bəlli oldu

Tanınmış futbolçu Luis Suares yeni komandaya transfer olunub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu karyerasını Braziliyada davam etdirəcək. O, dünən “Qremio” ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. 35 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.

Suares 2022-ci ilin yayından Uruqvay “Nasional”ında çıxış edirdi. Onun bu klubla müqaviləsi bu ilin sonunda başa çatırdı.

O, daha əvvəl "Ayaks", "Liverpul", "Barselona", "Atletiko" kimi böyük klublarda çıxış edib.