Rusiyanın baş müftisi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib

Rusiya Federasiyası müsəlmanlarının dini idarəsinin rəhbəri və ölkənin baş müftisi Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib.

Şeyx Ravil Eynuddin mesajında yazıb: Rusiya Federasiyası Müsəlmanlarının Dini İşlər İdarəsi və ölkəmizin din xadimləri adından Beyrutda Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahın şəhadətə yetirilməsi münasibətilə bu ölkə xalqına başsağlığı verirəm.

Rusiyanın baş müftisi bu mesajında Uca Allahdan şəhid Nəsrullaha uca dərəcələr verməsini istəyib.

Şeyx Eynuddin bu mesajın davamında yazıb: Biz son günlər İsrailin hava hücumlarında həyatını itirən yüzlərlə livanlı üçün matəm saxlayırıq.

 

 

Az.rasthaber.com