Ruhuna ehtiramla

Bu gün Nardaran hadisəsinin 8-ci ildönümü, eyni halda bu hadisədə dünyasını dəyişən Rəfail və Fərail Bünyatovların anası Püstə xanının vəfatının 40-cı günüdür. Hadisənin ilk şəhidi onun kiçik oğlu Rəfail Bünyatov idi. Ana hər iki övladının şəhadət xəbərini böyük bir qürur, ali bir xanım amiranəliyi ilə qəbul edib onları Allah yolunda verilən şəhidlər bildi. Elə bir şəhidlər ki, ayrılığı qəlbini odlayan ana Allaha qonaq olan şəhid övladlarını haqqın qurbanı bilərək məzarları önünə belə getmədən bu eşqi Rəbbi ilə özü arasında bir xəlvət bildi. O, eşqə çıraq tutan şəhid ruhlarını məzarda deyil, ərşin sonsuzluğunda, varlığın Özündə gördü.
Bu gün dəyərli anamızın 40-ı günüdür. Ali ruhunu hörmətlə anırıq.
 
Müsəlman Birliyi Hərəkatı.
 
Bütün reaksiy