“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda əsas hüquq və azadlıqlar sahəsində son vəziyyətdən danışıb.
Amerikanın Səsi: Azərbaycanda parlament seçkiləri zamanı siyasi hüquqlar sahəsində hansı yeni nüansları müşahidə edə bildiniz?
Rüfət Səfərov: Mənim və “Müdafiə Xətti” təşkilatının mövqeyi bundan ibarətdir ki, bu seçki əvvəlki seçkilərlə müqayisədə daha da sərt və zorakılıqlarla müşahidə olundu. Seçkiyə qədər olan dövrdə rəqabət şəraiti olmadı, yığıncaqlar azadlığı, sərbəst toplaşma hüququ, eyni zamanda namizədlərin qeydiyyat prosesində çox ciddi əngəllər oldu. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar, ATƏT, AŞPA və digər mötəbər siyasi mexanizmlər bu prosesi mənfi qiymətləndirdi. Seçki günü isə saxtakarlıqlar pik nöqtəsinə çatdı. Mənim düşüncəmə görə, daha əvvəlki parlament tərkiblərində bir neçə dairədə öz qaynağını və mandatını seçicilərdən götürən barmaqla sayılacaq qədər deputatlar var idisə, bu tərkibdə düşünürəm ki, çox təəssüf ki cəmiyyətdən, seçicilərdən mandat alan bir deputat belə yoxdur. Dolayısıyla hakimiyyətin digər qolundan qanunverici orqana, deputatlara verilən bir hədiyyə mandatı kimi qiymətləndirmək olar. Və bu tərkibdə gerçək bir müxalif rəy daşıyıcısını mən görmürəm. Bu parlamentdə siyasi plüralizmə, danışma, müzakirə mərkəzinə baxa bilməyəcəyik. Bunun da səbəbi nədən ibarətdir? Azərbaycan siyasətinin iradəsindən qaynaqlanır.
Amerikanın Səsi: Azərbaycanda hökumət rəsmiləri ölkənin fundamental hüquqlar sahəsində götürdüyü bütün öhdəliklərin yerinə yetirildiyini bəyan edir. Müxalifət isə bu sahədə ciddi geriləmələrdən danışır. Siz necə düşünürsünüz?
Rüfət Səfərov: Şübhəsiz ki, Azərbaycan hakimiyyətinin ölkədə boz siyasi və hüquqi iqlimə dair məsuliyyət daşıdığını bildirirəm. Hakimiyyətin qeyd etdiyiniz əsaslandırmasını məntiqsiz sayıram. Baxmayaraq ki, Azərbaycan hələ 2001-ci ildə Avropa Şurasına inteqrasiya olunarkən siyasi, iqtisadi və başqa öhdəliklər götürmüşdü. Şübhəsiz ki, hüquq və azadlıqlar sahəsində açılımların həyata keçirilməsi ilə bağlı da vəzifələr daşıyırdı. Amma bu illər ərzində iş elə yerə gəlib çatdı ki, “Siyasi partiyalar haqqında” və “Media haqqında” qanunların qəbulu ilə daha da qapanmalar, məhdudiyyətlər ortada oldu. Bu gün faktiki olaraq siyasətlə məşğul olmaq az qala sanksiyalaşdırılmaya tabedir. İcazəli hala gəlibdir. Bu gün media ilə məşğul olmaq azad və müstəqil mahiyyət daşımır. Bu mənada hakimiyyət medianın fəaliyyətini icazəli hala gətirib. Hüquq müdafiə, vətəndaş cəmiyyəti sahəsində vəziyyət lap acınacaqlıdır. Mən sizə deyim ki, həmkarlarımın əksəriyyəti cəza evlərinə təcrid olunublar. Bəziləri isə ölkə xaricindədir. İddia edirəm və təsdiq edirəm ki, bu gün Azərbaycanda mövcud repressiv mühiti olduğu kimi təsbit edən və yayan həmkarlarım iki və ya üç ola və ya olmaya. Bu da o repressiv siyasətin nəticəsidir. Burada idarəetmə forması olaraq hakimiyyət çoxdan avtoritarzmdən imtina edib. Biz totalitarizmin, diktaturanın elmi və nəzəri əsaslarını mənimsəmişik. Artıq avtoritarizmdən həmin o totalitarizmə, diktaturaya açıq keçidlər baş verməkdədir.
Amerikanın Səsi: Sizcə ölkədə insan hüquq və əsas azadlıqları sahəsində hansı islahatlara ehtiyac duyulur?
Rüfət Səfərov: Bunun üçün şübhəsiz ki, siyasi iradə labüddür. Hesab edirəm ki, ali icra hakimiyyətinin əgər yuridik iradəsi olarsa, məhkəmələrdə, hüquq mühafizə orqanlarında, ədliyyə sistemində, polisdə, prokurorluqda və digər sahələrdə liberal dəyişikliklər olar. Amma çox təəssüf ki, bu gün biz bunun nəticəsini görmürük. Çünki dediyimiz kimi bir halda ki, hüquq və azadlıqlar sahəsində qapanmalar və məhdudiyyərlər varsa bu liberal dəyişikliklərə rəvac verilə bilməz. Şübhəsiz ki, “Siyasi partiyalar haqqında”, “Media haqqında”, “QHT-lər haqqında” qanunvericilik və digər sahələrdə kifayət qədər problemlər var ki, bununla bağlı açılımlar olmalıdır.
Amerikanın Səsi: Azərbaycan son zamanlar daha çox media və vətəndaş cəmiyyəti nümayəndələrinin təqibi ilə bağlı beynəlxalq tənqidlərə məruz qalır? Bu sahədə mövcud durumu dəyişmək üçün hansı addımlar atılmalıdır?
Rüfət Səfərov: Bu gün Azərbaycan hakimiyyətini sorğulayan, onun korrupsiyaçı, qanunazidd tərəflərini sorğulayan jurnalistlər demək olar ki, Kürdəxanıdakı, Şüvələndakı təcridxanaya təcrid olunublar. “Toplum TV”, “Abzas TV”, “Kanal 13”, “Xural TV” bütün bunların rəhbərliyi, əməkdaşları həbs edilib. Nəyə görə? Ona görə ki, jurnalistlər hakimiyyətin informasiya siyasətindən kənarda müstəqil, azad informasiya siyasəti yürüdürdülər. Hakimiyyətin isə məqsədi ondan ibarətdir ki, bu gün Prezident Administrasiyası, onun ayrı-ayrı struktur bölmələrinin nəzarətindən kənarda olan KİV-lər qalmalı deyil. Hakimiyyətə maraqlı deyil ki, hürr bir mediya olsun. Azad mediya 4-cü hakimiyyət olaraq hakimiyyətin bu və ya digər problemlərinə güzgü tutan deməkdir. Hakimiyyətin problemlərini, naqisliklərini cəmiyyətə, insanlara çatdırmaq deməkdir. Ona görə də hakimiyyət bunda maraqlı ola bilməz. Bu gün daha əvvəlki dövrlərlə müqayisə olunmayacaq tərzdə jurnalist və vətəndaş cəmiyyəti nümayəndələri həbsdədir.
Qeyd: Rəsmi Bakı ölkədə fundamental hüquqların, o cümlədən media azadlığının tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmıdiyini bəyan edir. Bununla yanaşı, hüquq müdafiə təşkilatları üç yüzdən çox insanı siyasi məhbus kimi tanıyıb. Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq azad olmayan ölkələr sırasında yer alıb. Azərbaycan bu il qlobal mətbuat azadlığı indeksində isə 13 pillə geriləyərək, 180 ölkə sırasında 164-cü yerdə qərarlaşıb.
Hazırda ölkədə 20-dən çox media əməkdaşı həbsdədir. Hökumət media əməkadşlarının peşə fəaliyyəti ilə bağlı deyil, bir istintaq araşdıması üzrə saxlanıldığını bəyan edib.
Rüfət Səfərov: Azərbaycanda avtoritarizmdən totalitarizmə açıq keçidlər baş verməkdədir