Roma Papası Yaxın Şərqdə atəşkəsin təmin olunması ilə bağlı çağırış edib

 Katoliklərin ruhani lideri və Roma Papası Fransisk Qəzzada humanitar vəziyyətin ağır olduğunu ifadə  edərək, Yaxın Şərqdə artan münaqişələrlə əlaqədar atəşkəs çağırışını təkrarlayıb.

İtaliyanın ANSA agentliyinin yaydığı məlumata əsasən, çərşənbə günləri Vatikanda xalqa açıq iclas keçirən Roma Papası Fransisk çıxışında Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini qeyd edib.

Roma Papası Qəzzada və münaqişələrin yaşandığı bütün bölgələrdə atəşkəsin təmin olunması ilə əlaqədar çağırışını təkrarlayıb və Yaxın Şərqdə davam edən qarşıdurmalara son qoyulması üçün dua etdiyini bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk avqustun 4-də Vatikanın Müqəddəs Petrus meydanında hər bazar günü edilən ”Angelus” duasından sonra çıxış edərək Yaxın Şərqdə qanlı qarşıdurmaların daha da yayılmaması ilə bağlı çağırış edib.

 

 

Az.shafaqna.com