Qətərdə fəaliyyət göstərən “Al-Jazeera” telekanalının iki jurnalisti Qəzzada həlak olub

Reportyor İsmayıl əl-Ghoul və onun operatoru Rami ər-Rifinin Qəzzanın şimalında Əl-Şati düşərgəsində olan və İsrail tərəfindən öldürüldüyü bildirilən HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin evinin yaxınlığından reportaj hazırlayırmış. Onların hər ikisi jurnalist olduqlarını təsdiqləyən press jilet geyinib, “Al-Jazeera” deyir ki, onların avtomobili açıq şəkildə mətbuat vasitəsi kimi qeyd olunub.
CPJ-nin məlumatına görə, iyulun 31-nə kimi Qəzzada 108 fələstinli, iki israilli və üç livanlı jurnalist öldürülüb. Daha onlarla insanın yaralandığı və ya həbs edildiyi bildirilir.
“Jurnalistlər reportajlarına görə ən yüksək qiyməti – həyatlarını ödəyiblər. Mühafizə, avadanlıq, beynəlxalq iştirak, rabitə və ya qida, su olmadan onlar hələ də dünyaya həqiqəti çatdırmaq üçün öz mühüm işlərini görürlər”, – CPJ Proqram Direktoru Karlos Martinez de la Serna bildirib.
İsrail müharibə başlayandan bəri hər hansı beynəlxalq jurnalistin Qəzzaya daxil olmasına nadir hallarda icazə verir. Buna görə də mühasirəyə alınmış anklavdakı münaqişə haqqında reportaj hazırlamaq, döyüşləri və onun yaratdığı humanitar böhranı işıqlandırmaq işi həm də bunları yaşayan yerli jurnalistlərin üzərinə düşür.
 
 
MeydanTV