Qrossi Prezidentin rəhbəri ilə görüşüb

İranın Prezidenti Seyid İbrahim Rəisi yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana səfər edən Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossini qəbul edib. Bundan öncə Qrossi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşmüşdü.

Bu görüşdə əməkdaşlığı ikitərəfli məsələ kimi xarakterizə edən prezident Rəisi deyib ki, agentliyin müstəqilliyi və İran xalqının hüquqlarının müdafiəsi əsasında əməkdaşlıq davam etdirilə bilər. MAQATE-nin baş direktoru Rafael Qrossi də əməkdaşlıq yolunu asanlaşdırmaq üçün görülən tədbirlərə dair MAQATE ilə ümumi gündəliyə nail olmaqdan məmnun olduğunu bildirib.