Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ötən ilin yekunları üzrə hesabat yayıb.
Agentlikdən verilən məlumata görə, 2018-ci il ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəllabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, İsmayıllı, Lənkəran, Masallı, Naftalan, Qaradağ, Qax, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 45,492,690 m² (4 549.27 ha) ərazi yoxlanılıb, 11,743 ədəd partlamamış hərbi sursat (PHS), 29 ədəd piyada əleyhinə və 17 ədəd tank əleyhinə mina (cəmi 11,789 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənmiş, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2018-ci il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 147 (yüz qırx yeddi), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 134 (yüz otuz dörd), Dövlət Sərhəd Xidmətindən (DSX) - 10 (on), Rayon Polis Şöbələrindən (RPŞ) - 4 (dörd), Rayon İcra Hakimiyyətindən (RİH) – 2 (iki) və Dövlət Təhlükəsizliyi Xidmətindən – 1 (bir) müraciət daxil olub (cəmi çağırış: 298). Müraciətlər əsasında Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Xaçmaz, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 412,368 m² ərazi təmizlənib, 5,637 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə və 10 ədəd tank əleyhinə mina (cəmi 5 649 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib
2018-ci ilin ərzində Tərtər və Gədəbəy rayonları ərazisində 2 mina hadisəsi qeydə alınmış, nəticədə 3 mülki vətəndaş bədən xəsarətləri alıb.
Minalarla bağlı illik hesabat açıqlandı

Oxşar xəbərlər