Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) daha bir yeniliyə imza atıb.
“AzeriDefence”nin məlumatına görə, ANAMA yerli imkanlar hesabına minaaxtaran itlərin hazırlanması ilə yanaşı partlayıcı madddələrin axtarışını həyata keçirən itləri də hazırlamağa başlayıb.
ANAMA və digər qurumların istifadəsi üçün nəzərdə tutulan itlər müxtəlif növ partlayıcı maddələri aşkarlaya və minatəmizləmə qruplarına kömək edə biləcək.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov “AzeriDefence”yə açıqlamasında bildirib ki, bu, Agentliyin qeyd olunan sahədə ilk işlərindəndir: “Hazırda Azərbaycan da daxil olmaqla, regionun əksər ölkələri mina və partlayıcı maddələrin axtarışını həyata keçirən itləri kənardan alır. ANAMA bir neçə ildir minaaxtaran itləri özü hazırlamağa başlayıb və yerli bazada öyrədilmiş itlər hazırda minatəmizləmə əməliyyatlarında iştirak edir. Bu itlər çox sayda minaları aşkarlayaraq əməkdaşlarımıza köməklik göstərib. Partlayıcı maddələrin axtarışı ilə məşğul olan itlər isə ilk dəfədir hazırlanır”.
Agentlik rəhbəri yaxın vaxtlarda hazırlanan ilk itlərin təlimlərinin keçiriləcəyini qeyd edib.
ANAMA partlayıcı maddə axtaran itlərin yetişdirilməsinə başlayıb

Oxşar xəbərlər