İyulun 1-də günvurma ilə bağlı Bakıda 20 nəfər həkimə müraciət edib.
Bu barədə Bakı Təcili Yardım Xidmətinin baş həkimi Rauf Nağıyev bildirib.
Yay fəsili başlayandan ( iyulun 22-dən), ümumilikdə onlara 49 nəfər müraciət etdiyi açıqlanıb. Onların arasında 4 uşaq olub.
İyulun 1-də Bakı və Abşeron yarmadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisinin qeydə alındığı bildirilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu məlumat yaymışdı
"43-44 dərəcə. Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib. 41, 6 dərəcə...”, məlumatda vurğulanırdı.
toplum.tv
Bir gündə 20 nəfər günvurmadan həkimə müraciət edib
Oxşar xəbərlər