Günvurma ilə bağlı müraciət edənlər var

"Yay mövsümü başlayandan, iyunun 22-dən bəri Bakı Şəhər Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasina günvurma ilə bağlı 14 nəfər müracət edib”
 
Bunu həmin qurumdan bildiriblər:
 
"Bu 14 nəfərdən 10-u kişi, o cümlədən 2-si oğlan uşağı olub. 4 nəfər isə qadındır. Bu saydan 6 nəfər iyunun 26-da, yəni, dünən stansiyaya müraciət edib”.
 
Stansiyadan onu da vurğulayıblar ki, müraciət edənlərə ilkin yarıdm göstərilib və sağlıq durumları ağır olmadığından xəstəxanalara yerləşdirilməyiblər.
 
Son günlər Azərbaycanın bəzi bölgələrində havanın hərarəti 40-41 dərəcəyə qədər yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazrilyinin açıqlamasına görə, anomal istilər iyun ayının sonuna qədər davam edəcək. Paytaxt Bakıda temperatur 38 dərəcəyə yüksəlib.