Pambıq tarlalarında zəhərlənmə hallar artmaqdadır.
Saatlı rayonunun Azadkənd kəndində daha 20 nəfərə yaxın pambıqçı zəhərlənib. Onlar qonşu Şirinbəy kəndindən Azadkəndə işləməyə gələnlərdir. Zəhərlənmə hadisəsi bu gün günorta saatlarında olub. Xəstələrin hamısı Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların durumunun normal olduğu deyilir. Bəziləri bunun qida zəhərlənməsi olduğunu bildirir. Onların kolbasa və sosiskadan zəhərləndiyi güman edilir. Kəndlərdə satılan bu məhsullar heç bir normaya cavab vermir. Tərkibi belə bəlli olmur. Bəzi məhsullarda heç istehsalçının adı, ünvanı da yazılmır. Sadəcə ucuz olduğundan adamlar alır. Sahələrdə də pambıqçılar, kölgəlik olmadığından, özləri üçün gətirdikləri ərzağı günün altında saxlayır. Keyfiyyətsiz, mənşəyi bəlli olmayan məhsullar bu şəraitdə tez xarab olur. Nəticədə belə zəhərlənmələrin sayı artır.
azadliq.info
20 pambıqçı da Saatlıda zәhәrlәndi

Oxşar xəbərlər