Danimarka hökuməti prokurorların məhkəmə iclaslarında dini baş örtükləri taxmasını qadağan edən yeni qaydaların tətbiqinə başlayıb.
Bu barədə noyabrın 25-də Danimarka Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Ədliyyə naziri Nikolay Vammen Baş Prokurorluqdan məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları üçün yeni daxili qaydalar hazırlamağı xahiş edib.
Nazirin sözlərinə görə, prokurorlar da hakimlər kimi məhkəmə proseslərində dini və siyasi baxımdan neytral görünməlidirlər. Bu məhdudiyyət dini baş örtüklərinə də şamil olunacaq.
Vammen bildirib ki, məhkəmə sistemində dövlət ittihamçılarının obyektivliyi və qərəzsizliyi ilə bağlı şübhələrə yol verilməməlidir.
Yeni qaydalar dövlət adından cinayət işlərində ittihamı təmsil edən prokurorlara aid olacaq. Onların konkret qüvvəyə minmə tarixi açıqlanmayıb, qaydaların mümkün qədər tez tətbiq edilməsi nəzərdə tutulur.
Danimarkada hakimlərə 2009-cu ildən məhkəmə iclasları zamanı dini və siyasi simvollar taxmaq qadağan edilib.
Məsələ Viborq şəhərində çalışan prokuror Zahra Sediqinin sosial şəbəkədə Danimarkada hicabla işləyən ilk prokuror olduğunu yazmasından sonra gündəmə gəlib. Dövlət Prokurorları Assosiasiyası daha əvvəl onun mövcud geyim qaydalarını pozmadığını bildirmişdi.
Danimarkada bununla yanaşı, məktəblərdə də hicabın qadağan edilməsi məsələsi müzakirə olunur. Baş nazir Mette Frederiksen ibtidai və aşağı orta məktəblərdə belə bir qadağa ilə bağlı müzakirələrə müsbət yanaşdığını bildirsə də, onun qanunvericiliyə uyğun tətbiqinin çətin ola biləcəyini qeyd edib.
Danimarka prokurora məhkəmədə hicab taxmaq qadağan edilib