Artiq 11 gündür ki, Almaniyanın paytaxtı Berlində, Federal Xarici İşlər Nazirliyinin qarşısında Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin oturaq etiraz aksiyası davam edir.
Noyabrın 16-dan başlanan aksiyanın əsas məqsədi Azərbaycanda siyasi motivlərlə həbs olunan şəxslərin azadlıq tələbi, həbsxanalarda məhbuslara qarşı işgəncə və qeyri-insani rəftar hallarına son qoyulması, azad medianın susdurulması istiqamətində həbs edilən jurnalistlərin azadlığı və fundamental insan hüquqlarının təmin olunması tələblərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Aksiya Azərbaycan mediası ilə yanaşı Almaniya mətbuat orqanları, eyni halda beynəlxalq təşkilatların da diqqət mərkəzinə alınıb. Hal hazırda havanın kəskin soyumasına baxmayaraq iştirakçılar aksiyanı davam etdirirlər.
Mühacirlərin Almaniya Xarici İşlər Nazirliyinin qarşısında oturaq etiraz aksiyaları davam edir