Şərqin mənəvi diplomatiyası: Bibiheybət ziyarətgahı

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin qovuşduğu unikal məkandır. Paytaxt Bakının cənub darvazasında, Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscid-ziyarətgah kompleksi isə təkcə yerli dindarlar üçün deyil, ölkəmizə rəsmi səfər edən xarici dövlət və din xadimləri üçün də mənəvi baxımdan ən mühüm dayanacaq nöqtələrindən birinə çevrilmişdir.

Dünyanın, xüsusilə islam dünyasının nüfuzlu liderləri, rəsmiləri, ailələrinin Azərbaycana rəsmi və ya işgüzar səfərləri zamanı bu ziyarətgahı ziyarət etməsi artıq köklü bir ənənəyə çevrilmişdir.

 

Həzrəti Həkimə xanım kimdir? Müqəddəs nəslin Bakıdakı izi

Bibiheybət ziyarətgahının İslam dünyasında bu dərəcədə yüksək məqama sahib olmasının əsas səbəbi burada Peyğəmbər (s) nəslinin nümayəndələrinin dəfn olunmasıdır.

Tarixi və dini mənbələrə əsasən, bu müqəddəs məkan 8-ci imam Rzanın doğma bacısı və 7-ci şiə imamı Musa əl-Kazımın qızı Həzrəti Həkimə xanımın (Fatimeyi-Suğra) məzarı üzərində bərqərar olmuşdur. Abbasilər xilafəti dövründə təqiblərdən yayınaraq Xəzər sahillərinə sığınan Həkimə xanım ömrünün sonunadək burada yaşamış və vəfat etdikdən sonra məhz bu ərazidə dəfn olunmuşdur.

Xalq arasında “Heybətin bibisi” mənasını verən “Bibiheybət” adı da Həkimə xanımın xidmətində duran və ona dərin sadəqətlə bağlı olan Heybət adlı şəxsin adından götürülmüşdür. Müqəddəs nəsil nümayəndələrinin məzarının burada yerləşməsi səbəbindən Bibiheybət məscidi İslam dünyasında dini-mənəvi əhəmiyyətinə görə xüsusi ehtiramla anılan ziyarətgahlar sırasındadır.

 

Tarixin sınaqlarından keçən mənəvi irs

İlkin binası XIII əsrdə Şirvanşah II Fərruxzadın sifarişi ilə tikilən bu tarixi memarlıq abidəsi uzun əsrlər boyu Şərq səyyahlarının (məsələn, Aleksandr Dümanın da yol qeydlərində xüsusi yer ayırdığı) diqqətini cəlb etmişdir.

1936-cı ildə sovet hakimiyyətinin antiterror və ateizm siyasəti nəticəsində dinamitlə partladılaraq yerlə-yeksan edilən məscid, Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən bərpa olundu. Ziyarətgah kompleks hazırda əzəmətli memarlığı ilə göz oxşayır.

 

Dövlət rəsmilərinin ziyarətləri: Diplomatik rəsmiyyətdən mənəvi ehtirama

Müsəlman ölkələrindən Azərbaycana səfər edən dövlət və hökumət başçıları, nazirlər və səfirlər protokoldan kənar, fərdi mənəvi istəkləri ilə tez-tez Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətlər həm İslam həmrəyliyinin nümayişi, həm də Azərbaycanın zəngin dini-mədəni irsinə göstərilən dərin hörmətin təzahiridir.

Tarixi ziyarətlərə dair bəzi nümunələr:

1. Şəhindoxt Mollaverdi (Shahindokht Molaverdi) – İranın vitse-prezidenti, Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti. 22 oktyabr 2014-cü ildə Bibiheybət ziyarətgahını ziyarət edib.

2. Türkiyə Cümhuriyyətinin Baş naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu 2014-cü ildə Bibiheybət ziyarətgahını ziyarət edib.

3. Türkiyə Respublikası Baş nazirinin xanımı Semiha Yıldırım 2016-cı ildə Bibiheybət ziyarətgahına gəlib.

4. İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi 2018-ci ildə Bibiheybət ziyarətgahını ziyarət edib.

5. İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi 2018-ci ildə Bibiheybət ziyarətgahını ziyarət edib.

6. Hüseyn Əmir Abdullahian – İranın xarici işlər naziri. 6 iyul 2023-cü ildə Bibiheybət ziyarətgahında olub.

7. Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü ildə noyabr ayında Bibiheybət ziyarətgahını ziyarət ediblər.

7. Məsud Pezeşkian – İran İslam Respublikasının Prezidenti. 28 aprel 2025-ci ildə Bibiheybət ziyarətgahını ziyarət edib.

8. Hayam əl-Yasiri (Hiyam Al-Yasiri) – İraq Respublikasının rabitə naziri və İraq–Azərbaycan Birgə Komissiyasının həmsədri. 2025-ci ilin dekabrında Bibiheybət ziyarətgahını ziyarət edib.

9. Azərbaycanda rəsmi səfərdə olan İran xarici işlər naziri Seyid Abbas Əraqçinin həyat yoldaşı və qızı 2025-ci ilin dekabrında Bibiheybət ziyarətgahını  ziyarət edib.

10. Mavriki Respublikasının Prezidenti Dharambir Qoxul (Daramber Qoxul) 19 may 2026-cı ildə Azərbaycana səfəri çərçivəsində müqəddəs Bibiheybət ziyarətgahını ziyarət etmişdir.

11. İraq Nümayəndələr Şurasının Sədrinin birinci müavini Ədnan Feyhan 2026-cı ilin uyununda Bibiheybət ziyarətgahını ziyarət edib.

12. Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveys 27 oktyabr 2026-cı ildə Bibiheybət ziyarətgahını ziyarət edib.