Türkiyəli millət vəkilindən Əliyev rejiminə sərt ittihamlar

"Azərbaycanın totalitar idarəçiliyinin başında duran prezident Azərbaycana girişimi qadağan edib!

Öz ölkəsində vətəndaşlarına zülm edən, hicaba qarşı düşmənçilik nümayiş etdirən bir hakimiyyətdən onsuz da başqa nə gözləmək olar?

Məsələ təkcə hicab qadağası deyil. Azərbaycanda demokratiyanın demək olar ki, izi qalmayıb, insan hüquqlarının pozulması isə getdikcə ağırlaşır. Müxaliflərə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təzyiqlər davam edir.

Öz xalqının azadlıqlarını və hüquqlarını məhdudlaşdıran bu hakimiyyətin Azərbaycan xalqına faydası yoxdur. Əksinə, ölkəsinə və xalqına böyük zərər vurur".

Ömər Faruk Gərgərlioğlu.