Azərbaycanlı siyasi şərhçi son illərdə baş verən hərbi qarşıdurmaların NATO, ABŞ və İsrailin hərbi gücü ilə bağlı uzun illər formalaşdırılmış təsəvvürləri sarsıtdığını bildirib.
Siyasi şərhçi Asif Şəfəqqətov sosial şəbəkədə paylaşdığı fikirlərdə son illərin müharibələrini təhlil edərək yazıb ki, Ukrayna müharibəsi NATO-nun hərbi imkanları barədə mövcud təsəvvürləri dəyişdi.
Müəllifin fikrincə, ABŞ ordusu Əfqanıstan, Yəmən və İranla bağlı proseslərdə gözlənilən nəticələri əldə edə bilməyib.
Şəfəqqətov sionist rejim ordusunun da Qəzzədə hədəflərinə çatmadığını vurğulayıb.
O, konkret olaraq Mossadın 7 oktyabr hadisələrinin qarşısını ala bilmədiyini qeyd edir.
Politoloq sonra İranın İsrail kəşfiyyat şəbəkəsinə ciddi zərbə vurduğunu da irəli sürüb.
Paylaşımda "Dəmir qübbə" hava hücumundan müdafiə sisteminin etibarlılığı da sual altına alınıb.
Müəllif ABŞ aviadaşıyıcıları və F-35 qırıcılarının effektivliyi barədə formalaşmış fikirlərin də mübahisəli olduğunu yazıb.
Onun sözlərinə görə, ABŞ hərbi bazalarının yerləşdiyi ölkələr üçün təhlükəsizlik təminatı olması barədə iddialar da özünü doğrultmayıb.
Şəfəqqətov bütün bunların ABŞ və İsrailin uzun illər ərzində formalaşdırdığı hərbi üstünlük imicini zəiflətdiyini bildirib.
O hesab edir ki, son müharibələr yeni reallıqlar ortaya çıxarıb. Misal üçün 2026-cı ildə ABŞ İsraillə birlikdə İrana qarşı gözlənilmədən müharibəyə başladı və 40 gün ərzində yüz milyardlarla ziyana düşərək, müharibədən əvvəlkindən də pis vəziyyətdə müharibəni dayandırmağa məcbur oldu.
"ABŞ və İsrailin yaratdığı hərbi miflər sürətlə dağılır"