Aprelin 9-da 30-dan artıq valideyn orta məktəblərdə süni hicab qadası səbəbindən uşaqlarının təhsil müəssisələrinə buraxılmamasına etiraz ediblər. Təhsil Nazirliyi önündə gerçəkləşən aksiyada valideynlər artıq bir aya yaxın müddətdir ki, hicab taxmaq səbəbi ilə uşaqlarının məktəbdən qovulmasına etirazlarını bildirərək nazirlikdən məsələyə aydınlıq gətirmələrini istəyiblər.
Dövlət idarəsindən nümayəndə olaraq xanımları qəbul edən şəxs onlara bildirib ki, məsələ ilə bağlı ərizə formasında onlar “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi”nə müraciət etməlidirlər. Bu tip məsələlər qeyd edilən idarənin səlahiyyətindədir və məsələni onlar araşdıracaq.
Valideynlər bundan sonra adı keçən idarəyə gəliblər. Burada valideynlərin ümumi ərizələri toplanılaraq yalnız nümayəndə olaraq üç xanım agentliyə dəvət alıb. Burada rəsmi şəxslər tərəfindən qarşılanan valideynlərin şikayəti dinlənilib.
Şikayətlərini bildirən valideynlər martın 10-dan uşaqlarının hicab səbəbindən məktəbə buraxılmadıqlarını, şagirdlərin dərs davamiyyəti ilə yanaşı təhsil proqramından da geri qaldıqlarını bildiriblər. Qanunla qadağa olunmayan hicabın məktəb drektorları tərəfindən məhdudlaşdırılmasını konstitusion hüquq pozuntusu olduğu diqqətə çatdırılıb.
Agentlikdən valideynlərin şikayətini dinləyən nümayəndə onların ərizələrini qəbul edib və 15 gün ərzində məsələnin araşdırılaraq onlara cavab veriləcəyini deyib.
İdarəni tərk edən valideynlər məsələnin həlli üçün növbəti addımlar da atmaq əzmindədirlər. Onlar övladlarının təhsil hüququ bərpa olunmayana qədər səylərini davam etdirəcəyini bildiriblər.
Valideynlər süni hicab qadağasına etiraz olaraq Təhsil Nazirliyi önündə toplanıblar – Agentlik 15 gün müddət istədi