Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi olmuş partiya fəalı Novruz Tağıyev 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 3-də baş tutan məhkəmə prosesində o son sözlə çıxış edib. “Azadlıq radiosu”nun məlumatına görə, Tağıyev bildirib ki, azadlığa buraxılmasından ötrü onun qarşısına şərt qoyulub və Əli Kərimlinin əleyhinə ifadə verəcəyi halda, həbsdən çıxa biləcəyi deyilib:
“Tələb edirdilər ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə görüşməsi barədə ifadə verim. Deyim ki, həmin görüşə gedəndə mən də orada olmuşam”.
AXCP fəalının sözlərinə görə, istintaq idarəsində bu təklifdən imtina edəndən sonra saxlandığı kameraya göndərilən şəxs vasitəsilə psixoloji təzyiqlər başlayıb:
“Yanıma bir nəfəri salmışdılar, guya ağıl verirdi ki, “özünü fikirləş, Əli Kərimliyə nə var, sən bədbəxt olacaqsan”. Dedim, mənim öz əqidəm, öz mənliyim var...”
O, son sözündə özünü təqsirli bilməyib və ev alqı-satqısıyla məşğul olduğu dövrdə dəyəri kifayət qədər yüksək olan əmlakların satışında iştirak etdiyini qeyd edib. Bildirib ki, əgər dələduzluq etmək, kimisə aldatmaq niyyəti olsaydı, həmin vaxt edərdi.
Porsesdə çıxış edən vəkil Nemət Kərimli ittihamın əsassız olduğunu, müvəkkilinin bir ildir heç bir mötəbər sübut olmadan həbsdə saxlandığını deyib. Daha sonra Novruz Tağıyev barəsində hökm oxunub.
Novruz Tağıyev 2025-ci il mayın 20-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, ev alqı-satqısında vasitəçiliklə məşğul olan Tağıyev mənzil almaq istəyən Nicat adlı şəxsin 71 min manat pulunu ələ keçirməkdə suçlanır. AXCP fəalı isə ittihamı qəbul etmir, iş materiallarında yazılanların həqiqətə uyğun olmadığını bildirir.
Hazırda AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın təxminən 20 fəalının həbsdə olduğu bildirilir. Onlardan bir neçəsinin ictimai əsaslarla Kərimlinin sürücüsü və ya mühafizəçisi kimi çalışmış şəxslər olduğu qeyd olunur. AXCP isə bu həbslərin siyasi sifarişlə həyata keçirildiyini bəyan edib.
Əli Kərimlinin mühafizəçisinə 6 il 3 ay cəza: "Tələb edirdilər ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə görüşməsi barədə ifadə verim"