Müsəlman Birliyi Hərəkatının üzvü Tural Vəliyev son dövrlər ölkədə hicaba qarşı başladılan qadağa kompaniyasina öz etirazını həbsxana divarları arasından səsləndirib. İnanclı bu addımları tənqid edərək məlum hadisənin yolverilməz olduğunu bildirib.
“Allahın adı ilə
Azərbaycan xalqı uzaq keçmişdən bəri müsəlmandır. İslam dinini qəbul etmiş və hər zaman bu dinin ayinlərini, mərasimlərini və bayramlarını xalq və dövlət şəklində yüksək səviyyədə qeyd etmişdir!
Amma bu gün gəldiyimiz məqam budur ki, hansısa qurumlar və ya şəxslər tərəfindən dinimizin ayinlərinə müəyyən saxta qadağalar tətbiq olunur. Yüzlərlə inanclı insanları, din alimlərini, ilahiyatçıları narkotik vasitələrin istifadəçisi kimi şərliyib həbs etməkləri azmış kimi, ardınca övladlarımızın dini mərasimlərdə iştirakını, xüsusən də qızlarımızın orta məktəblərdə hicablı geyiminin qarşısını almaq və nəticə olaraq qadağan etmək üçün tədbirlər tökürlər.
Nəticədə dinimizin hökmlərinə zidd olan saxta qadağa tətbiq etməyə və bu vasitə ilə uca Allahın bəşəriyyətə olan göstərişlərinin üstünə pərdə çəkməyə çalışırlar.
Bu çirkin əməllər həmin qurumların və şəxslərin İslam dini ilə düşmənçiliklərinin göstəricisidir. Müqəddəs kitabımız Qurani-Kərimdə mütəal Allah buyurur: “Onlar öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Bilsinlər ki, Allah mütləq öz nurunu tamamlayacaq.”
Səff surəsi, 8-ci ayə
İnanclı bir Azərbaycan vətəndaşı olaraq bu saxta qadağalara etiraz edirəm və bu çirkin əməllərin sahiblərinə burdan səslənib demək istəyirəm ki, “Bu xalqın mənəviyyatı ilə, heysiyyəti ilə oynadığınız bəsbir! Bu çirkin əməllərinizdən əl çəkin, özünüzdən əvvəlkilərdən ibrət alın. Bu xalqın qeyrətli kişiləri sizi qınayır. Gələcəkdə də qınayacaqlar və siz bu xalqa xəyanət etmiş şəxslər kimi tarixə qara ləkə kimi düşəcəksiniz. Bu çirkin əməllərinizin acı nəticəsindən qorxun və xalqın mənəviyyatına, heysiyyətinə uzanan məkirli addımlarınızı dayandırın.”
“Xəyanətkarlar tarixə qara ləkə kimi düşəcək”