ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri İranla müharibəyə görə istefa verdi

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Joe Kent İran müharibəsinə görə istefa verdiyini açıqlayıb.

O istefasını sosial şəbəkədə paylaşım edərək açıqlayıb və "vicdanıma uyğun olaraq İranla davam edən müharibəni dəstəkləyə bilmərəm" yazıb.

Senat Joe Kenti bu vəzifəyə keçən ilin iyulunda Trampın namizədi olaraq təsdiqləmişdi.

Kent istefa məktubunda Prezident Trampa müraciətlə yazır: "İran ölkəmiz üçün təcili təhlükə yaratmırdı və aydın görünür ki, biz bu müharibəyə İsrail və onun güclü Amerika lobbisinin təzyiqinə görə başladıq.

Mən sizin 2016, 2020 və 2024 seçki kampaniyalarında müdafiə etdiyiniz dəyərləri və xarici siyasəti dəstəkləyirəm və siz ilk {prezidentlik} müddətinizdə bunları həyata keçirmişdiniz.

2025‑ci ilin iyununa qədər siz anlayırdınız ki, Yaxın Şərqdəki müharibələr Amerika üçün bir tələdir, hansı ki, vətənpərvərlərimizi və ölkəmizin sərvətini azaldır.

Müharibəyə 11 dəfə göndərilmiş bir veteran və həyat yoldaşı Şannonu İsrailin yaratdığı bir müharibədə itirmiş Qızıl Ulduzlu bir ər olaraq, mən gənc nəsli Amerika xalqına heç bir faydası olmayan və amerikalıların itirilən həyatlarına görə heç bir şəkildə haqq qazandırmağın mümkün olmadığı müharibəyə göndərməyi dəstəkləyə bilmərəm".