Məscid çıxışı qan gölünə çevrildi-bıçaqlanan üç nəfərdən biri öldü

İngiltərənin Birmingem şəhərindəki Oldbury məscidi Ramazan ayında faciəli zorakılıq aktına səhnə olub.

İngiltərənin Birmingem şəhərindəki Oldbury məscidi Ramazan ayında faciəli zorakılıq aktına səhnə oldu. Qərbi Midlends polisinin rəsmi məlumatına görə, dünən axşam təravih namazından sonra məscidin dayanacaq ərazisində üç kişiyə bıçaqla hücum edilib.

Polis hücumun dayanacaqda qəfil mübahisədən qaynaqlandığı ehtimalını araşdırır. Xəstəxanaya aparılan üç yaralı kişidən biri təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun cəmi 18 yaşı, digər iki yaralı kişinin isə 19 və 22 yaşı olduğu bildirilir.

Yaralıların vəziyyətinin ağır olmadığı bildirilir. Qərbi Midlend polisi hadisə ilə bağlı istintaqın davam etdiyini və çoxşaxəli olduğunu vurğuladı, lakin mövcud məlumatlara əsasən, işin hazırda irqi nifrət cinayəti və ya ayrı-seçkilik hücumu kimi təsnif edilmədiyini bildirir.

Ərazidən təhlükəsizlik kamerası görüntülərini araşdıran və şahidləri dindirən polis, sübutların ətraflı təhlilindən sonra ictimaiyyətə daha əhatəli bir açıqlama veriləcəyini açıqlayıb.