Londonda aksiyaçılar SOCAR tədbirini pozdu

Qəzzada müharibəyə Azərbaycan neftinin verilməsinə bu dəfə etiraz Londonda baş tutub.  Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən təşkil olunan yüksək səviyyəli tədbir etirazçılar tərəfindən pozulub. Səbəb isə Fələstində öldürülən dinc insanların ölümünə səbəb olan İsrailin neftlə təminatı olub.

Məlumata görə “Fossil Free London” və digər kampaniya qruplarının fəalları tədbirin keçirildiyi məkanın ətrafında toplaşaraq şirkətin İsrail rejiminə neft tədarükü ilə bağlı fəaliyyətinə etiraz ediblər. Aksiya iştirakçılarının binaya daxil olmağa cəhd göstərmələri isə tədbir təşkilatçılarının mərasimi ertələmə qərarına gətirib çıxarıb.

Xatırladaq ki, bundan öncə də dəfələrlə qardaş Türkiyədə Azərbaycan neftinin İsrailə ötürülməsi ilə bağlı etiraz aksiyaları keçirilib.