İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İran ilə ABŞ arasında nüvə danışıqlarının cümə günü Omanın paytaxtı Maskatda keçiriləcəyini açıqlayıb.
İraqçi bu barədə X sosial şəbəkəsindəki paylaşımında məlumat verib. O bildirib: “ABŞ ilə nüvə danışıqlarının cümə günü təxminən səhər saat 10:00-da Maskatda keçirilməsi planlaşdırılır.”
İranın xarici işlər naziri danışıqların təşkili ilə bağlı göstərilən səylərə görə Oman tərəfinə təşəkkür edərək qeyd edib: “Bütün zəruri hazırlıqların görülməsinə görə omanlı qardaşlarımıza minnətdaram.”
Paylaşımdan göründüyü kimi, müzakirələr ancaq nüvə ilə əlaqəlidir və balistik raketlər, müqavimət cəbhəsinə dəstək danışıqların proqramına daxil olunmayıb.
İran və ABŞ arasında nüvə danışıqları cümə günü Maskatda keçiriləcək