Amerika sülh sazişindəki ehtimallar

Trampın sülh sevdası və müharibə nöqtələrində dinc əhalinin öldürülməsinə etiraz nədənsə Fələstinə gəlincə sükunətə qərq olur. Hətta bir az da irəli gedərək İsrailin hər gün qaçqın çadrlarını bombalayaraq insanları qətliam etməsi üçün onu silahlandırması sadə bir saxtakarlığın adı təzahürüdür.
 
Dünyanın gözü önündə hər gün Fələstində-Qəzzada ən dəhşətli müharibə cinayətləri yaşanır. İnsanlar aclıqla can verərək öldürülür ki, bu da Amerikanın dəstəyi ilə proksi qüvvəsi olan İsrailin əli ilə həyata keçirilir. Ukraynada öldürülnləri faciə adlandıran Tramp, Azərbaycan-Ermənistan arasında sühlü əsas hesab etdiyi halda mövzu Fələstinə gəlincə lal-dinməz seyrçiliyə üstünlük verir.
 
Bəllidir ki, Ukrayna da daxil münaqişə ocaqlarında sülhün bərqərar olanması hər kəs üçün proritet mövzudur və hamı dünyada əminamanlıq arzu edir. Lakin hər kəs də etiraf edər ki, bu gün Qəzzada yaşananlar qeyd edilən müharibə ocaqlarının heç birində baş vermir.
 
Qeyri-bərabər güclər, xüsusən də köməksiz insanlara qarşı qida və tibbi yardımları silah kimi istifadə edilərək onları soyqırım etmək heç bir kriteriyaya sığmır. Lakin “sülh çağırışçısı” Tramp hələ də bunu “görmür” bir tərəfə, bu müharibənin alovlanması üçün mümkün bütün yardımları edirdə.
 
Belə olan halda təbii olaraq bir sual insanı düşündürür: Trampın digər müharibələrin sülh sazişinə gəlməsində hansı maraqları var? Axı onu sülh narahat etsəydı şübhəsiz bu Qəzzadan başlamalı idi. Heç olmasa bunun dünyanın əksər ölkələri etiraz edərək Qəzzada baş verənlərin insanlıq cinayəti olmasını söyləməsi bu müharibənin dayandırılma səbəbi ola bilərdi. Lakin cənab Donaldın bunu görmədən üzərindən keçməsi bir tərəfə, hətta İsrailin dayandırılması ilə bağlı beynəlxalq təşkilartlar birlikdə qanun qəbulu zamanı ABŞ-ın buna veto qoyması məlum bir fikri təsdiqləmiş olur: Onun sülh istəkləri arxasında yalnız özünə maraqı olan planın icrası gizlənir ki, hər bir münaqişə nöqtəsinə yanaşan bu “demokratin” bundan başqa heç bir istəyi yoxdur.
 
Məsələ təbii ki, Azərbaycan və Ermənistan arasında bu gecə qüvvəyə minən sülh sazişinin imzalanmasını da bu sırada diqqət olunması əsas məsələlər zirvəzinə yüksəldir. Bəllidir ki, buradakı sülh Amerikanın heç vaxt marağında olmayıb. Zamanla o, qəbul etdiyi qətnamələrdə bunu nümayiş etdiribdə.
Demək Tramp sülh sazişi arxasında yeni planlar, tələlər və ABŞ-a xidmət edən maraqlar gətirəcəyi şübhəsizdir. Bu maraqları isə ABŞ zamanla Suriyaya, Liviyaya, Gürcüstana, İraqa və elə Ukraynaya gətirdiyi bir siyasi manevrlə-sülh adı altında, dümokratiya pərdəsi ilə bölgəyə gətirməyə çalışır. Bunun hansı sonuclar verməsini isə özümüzdən əvvəlkilərin taleyi ilə müəyyən edə bilməmiz çətin olmaz.