İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 78 nəfər həlak olub

Son 24 saat ərzində azı 78 fələstinli İsrailin Qəzza zolağına endirdiyi hava zərbələrinin qurbanı olub.

Bu haqda Qətərin Əl-Cəzirə telekanalı məlumat verib.

Telekanalın məlumatında həmçinin qeyd olunub ki, son bir neçə həftə ərzində Qəzza zolağında 700-dən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb, 4800-dən çox insan isə yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, İsrail və Qəzza arasındakı müharibədə 57,3 mindən çox insan həlak olub, 136 minə yaxın insan isə yaralanıb.