Hizbullah lideri: "Təslimiyyət yoxdur, müqavimət var"

Livan Hizbullahının baş katibi Şeyx Naim Qasim İsrailə qarşı silahlı müqavimətdən əl çəkməyəcəklərini və heç bir təzyiq və ya təhdid onları çəkindirə bilməyəcəklərini bildirib.

Şeyx Nəim Qasim Məhərrəm ayının yeddinci gecəsi ilə bağlı Beyrutun cənubundakı Zəhiyyə rayonundakı Seyiduş-Şühəda (ə) Mədəniyyət Kompleksində etdiyi çıxışda müharibə veteranlarına və yaralılara xitab edərək bildirib ki, onların şücaəti cəmiyyətə nümunədir. "Sən bizim tacımızsan; biz sizinləyik və müqavimət yolunda sizin imkanlarınızdan və təcrübənizdən faydalanacağıq" deyib.

 

“Biz İmam Mehdinin (ə.f.) varlığına layiq olmalıyıq”

“Sanki İmam Mehdi (ə.f.) bizim aramızdaymış kimi davranmağa borcluyuq” deyən Qasim, düşmənlə vuruşmağın, səbirli olmağın, həmrəy olmağın və qabaqcıl bir model yaratmağın dini bir məsuliyyət olduğunu dilə gətirdi.

Hizbullahın haqq bayrağını ucaldan, İmam Mehdi (ə.f.) yolunda irəliləyən bir quruluş olduğunu bildirən Qasim, “Hizbullah Livanda Mehdinin partiyasıdır” deyib.

 

"Qələbə mütləqdir"

Allahın mütləq zəfər vədinə inandıqlarını vurğulayan Şeyx Qasim bu qələbənin mərhələlərlə baş tutacağını və sonda böyük bir qələbə qazanacaqlarını söyləyib.

 

“İsrail sadəcə işğalçı deyil, strateji təhlükədir”

Qasim deyib: Biz sionist düşmənlə təkcə işğalçı kimi deyil, Fələstin, Livan, Misir, Suriya, İordaniya, region və bütün dünyaya strateji təhlükə olaraq mübarizə aparırıq.

İsrailin təkcə müsəlmanlar üçün deyil, xristianlar və yəhudilər üçün də real təhlükə olduğunu ifadə edən Qasim, "Atəşkəs razılaşmasına baxmayaraq, İsrail bu günə qədər 3700-dən çox pozuntu edib. Bu rejimə açıq şəkildə "yox" deməliyik" bildirib.

 

“Təslim olmaq yox, müqavimət var”

"Biz təhdidlər altında diz çökən xalq deyilik. Silahlarımızı İsrailə təhvil verməyəcəyik. Biz haqlı olduğumuz üçün təzyiqlərdən təsirlənməyəcəyik" deyə Şeyx Qasim söyləyib.

Onların müqaviməti Hz. Hüseyn (ə) yolundan qidalandığını vurğulayan Qasim, "Bu yolda saysız-hesabsız fədakarlıqlar etdik və İsrailə təslim olmayacağıq. Kim Hüseynin yanında olsa İsrailə təslim olmaz" deyib.