Prokuror Bəhruz Səmədova 16 il cəza verilməsini istəyib

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəyib.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.
Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.