Tunisdə İsrailə qarşı etiraz aksiyası keçirilib

Ərəb mediasının məlumatına görə, Tunisdə İsrailin Qəzza zolağına hücumlarına qarşı etiraz aksiyaları keçirilib.

Fələstin və Tunis bayraqları daşıyan onlarla insan İsrailin hücumlarına etiraz edərək, Fələstinə dəstək şüarları səsləndirib.

Tunis vətəndaşları Qəzza xalqına qarşı soyqırım və aclıq siyasətinə son qoyulmasını tələb ediblər.

İsrailin Qəzza zolağına hücumlarında həyatını itirənlərin sayının 52 min 810 nəfərə yüksəldiyi bildirilib.

Ölənlərin 70 faizinin qadın və uşaqlardır.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə heç bir konkret hədəf olmadan Qəzza zolağına ağır bombardman edən İsrail rejimi oktyabrın 27-də qurudan bölgəni işğal etməyə başlayıb.