Azərbaycan Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasını alqışlayır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial media hesabında qeyd edilib.
Məlumatda vurğulanır ki, Azərbaycan bütün tərəflərin razılaşmaya hörmət edəcəyi və əziyyətlərə son qoyulacağına ümid edir.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək" - deyə, əlavə edilib.
Vasitəçilər və ABŞ rəsmiləri çərşənbə günü bildiriblər ki, HƏMAS və İsrail bir ildən artıqdır ki, silahlı qrup tərəfindən saxlanılan “bəzi” girovların azad edilməsinə gətirib çıxaracaq atəşkəs əldə ediblər.
Vaşinqtonda bu xəbəri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Cim Riş yeni seçilən prezident Donald Trampın dövlət katibi vəzifəsinə seçdiyi senator Marko Rubionun namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmələrin ortasında elan edib.
İsrailin məlumatlarına görə, İsrailin Qəzzada HƏMAS-a hücumu militant qrupun 7 oktyabr 2023-cü ildə HƏMAS İsrailə hücum edərək, 1200 nəfəri öldürüb və 250-dən çox insanı girov götürməsindən sonra başlayıb.
HƏMAS ABŞ, Birləşmiş Krallıq, Avropa İttifaqı və başqaları ttərəfindən terror təşkilartı kimi tanınıb.
Fələstinli səhiyyə rəsmilərinin bildirdiyinə görə, o vaxtdan bəri Qəzzada 46 500-dən çox insan öldürülüb, onların əksəriyyəti qadın və uşaqlardır. Ancaq İsrail ölənlər arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu bildirir.
Qəzza zolağının böyük bir hissəsi döyüşlər zamanı xarabalığa çevrilib və orada humanitar böhran yaranıb. Ərazinin 2,3 milyon əhalisinin çoxu dəfələrlə didərgin düşüb.
Azərbaycan Qəzzada atəşkəs razılaşmasını alqışlayır