Sonu görünməyən müharibə: 15 aydır İsrail-Həmas qarşıdurmasında 46 min fələstinli həlak olub

İsrail Müdafiə Qüvvələri (IDF) heç bir sübut təqdim etmədən Qəzza zolağının 15 aylıq işğalı zamanı 17 min yaraqlını “zərərsizləşdirdiklərini” açıqlayıb.

15 aydır davam edən İsrail-Həmas qarşıdurmasında 46 mindən çox fələstinli həyatını itirib, Qəzza Səhiyyə Nazirliyi cümə axşamı günü "müharibənin sonu olmadığını" vurğulayıb.

Nazirlik öldürülənlər arasında Həmas ilə mülki şəxslər arasında fərq qoymur. Buna görə də öldürülənlərdən neçəsinin HƏMASın, neçəsinin isə mülki şəxs olduğu məlum deyil. Bundan əlavə, 109 378 nəfərin yaralandığı bildirilir.

İsrail Müdafiə Qüvvələri (IDF) heç bir sübut təqdim etmədən Qəzza zolağının 15 aylıq işğalı zamanı 17 min “yaraqlını zərərsizləşdirdiklərini” açıqlayıb. O, həmçinin HƏMAS-ın yaşayış məntəqələrində fəaliyyət göstərdiyi üçün mülki əhalinin ölümünə görə yaraqlı qrupu məsuliyyət daşıdığını deyib.

İsrail "xəstəxanalarda gizləndiklərini" iddia edərək bir neçə dəfə xəstəxanaları hədəfə alıb və bu hücumlarda çoxlu qadın və uşaq ölüb.

Qəzzada evini itirmiş Münavvər əl-Bik adlı qadın bu həftənin əvvəlində ABŞ-da yerləşən Associated Press (AP) xəbər agentliyinə deyib: "Heç kim yaşadığımız həyata bir gün də dözə bilməz. Gecələr kişilərin ağlama səsinə oyanırıq. Vəziyyətimiz dözülməzdir. Biz müharibənin bu gün bitməsini istəyirik", - o əlavə edib.

Cümə axşamı günü insanlar Deyr Əl-Bələhdəki Əl-Əqsa xəstəxanasında cənazə namazına qatılıb. Xəstəxananın meyitxanasında qohumu ilə vidalaşan, sonra isə diz çökən kişi görüntülənib.

Çərşənbə günü İsrailin hücumları nəticəsində üçü körpə və iki qadın olmaqla azı 9 nəfər həlak olub.

 

İsrail-Həmas müharibəsi

Oktyabrın 7-də İsrail və Qəzza zolağında HƏMAS arasında toqquşmalar yenidən alovlanıb.

HƏMAS oktyabrın 7-də İsrail sərhədinə basqın edərək əksəriyyəti mülki şəxslər olmaqla 1200-ə yaxın insanı öldürüb və 250-yə yaxın insanı girov götürüb. Həmin girovların təxminən yarısı İsrailin noyabr ayında bir həftəlik atəşkəs zamanı saxladığı fələstinli məhbusların qarşılığında azad edilib.

İsrail, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının dərhal atəşkəs tələb edən qətnaməsinə baxmayaraq, HƏMAS-ın 7 oktyabr hücumundan sonra Qəzzada hücumlarını və mülki insanlara qarşı qırğınlarını davam etdirdiyi üçün beynəlxalq qınaqla üzləşib.

Dağılmış Qəzzanın bir çox bölgəsində qida, təmiz su və dərman vasitələrinə çıxış çətin olaraq qalır.

İsrail Cənubi Afrikanın qaldırdığı işin bir hissəsi olaraq Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırımda ittiham olunur.

Türkiyə ilə yanaşı, Kolumbiya, Liviya, Meksika, Fələstin və İspaniya da Cənubi Afrikanın İsrailə qarşı davasına müdaxilə bəyannaməsini təqdim edən ölkələr sırasındadır.

 

Məhkəmə Baş nazir Netanyahu administrasiyasına mayın 6-da işğal edilməmişdən əvvəl bir milyondan çox fələstinlinin sığındığı cənubdakı Rəfah şəhərindəki fəaliyyətini dərhal dayandırmağı əmr edib.

Nəhayət, son həftələrdə BCM Netanyahu və keçmiş müdafiə naziri Gallant üçün həbs qərarı verdi. BCM-nin 124 üzvü var və onların hamısı məhkəmənin verdiyi həbs qərarlarını yerinə yetirməyə borcludur. Bu, Netanyahu və Gallantı həmin ölkələrdən hər hansı birinə səfər edərlərsə, onların diplomatik azadlıqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq həbs olunma riski ilə üz-üzə qoyur.