Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.
İclasda sənədlərin araşdırılması davam edib və Hacıyev bəzi vəsatətlər qaldırıb. Əsasən o, Bank Respublikadan tələb olunan sənədlərin iş materiallarından çıxarılmasını xahiş edib.
"Bu sənədlər əməliyyat-axtarış fəaliyyəti haqqında qanun pozulmaqla cinayət işi başlanılmadan əvvəl polis tərəfindən tələb olunub. Eyni zamanda, bank kommersiya sirrini pozub. Sübutlar qeyri-qanuni yolla əldə edildiyindən, onlar iş materiallarından çıxarılmalıdır", - Hacıyev deyib.
Həmçinin Hacıyev onun "qanunsuz əməlləri" barədə şikayətin daxil olduğu elektron poçt ünvanının araşdırılmasını və kimə aid olduğunun müəyyənləşdirilməsini xahiş edib. O hesab edir ki, bu məktubu hüquq-mühafizə orqanlarının özləri hazırlayıblar.
Hakim vəsatətləri baxılmamış saxlayıb və qeyd edib ki, hökm çıxarılarkən deyilənlərə hüquqi qiymət veriləcək.
Hacıyev bildirib ki, hüquq müdafiəçisi Rüfət Səfərovun və “Meydan” TV jurnalistlərinin həbsindən sonra ədalətli hökmə son ümidləri puça çıxıb.
* Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları - qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub.
Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb - vergilərin ödənilməməsi.
Hacıyev və onun həmkarları prosesi siyasi sifariş hesab edirlər ki, bunun da səbəbi Bəxtiyar Hacıyevin Azərbaycan Daxili İşlər Nazirliyinin, xüsusən də nazir Vilayət Eyvazovun fəaliyyətini kəskin tənqid etməsidir.
Turan.az
Bəxtiyar Hacıyev istintaqı qanunsuz sübutlar toplamaqda ittiham edib