Noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.
Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, bir cinayət işi üzrə “şahid qismində” dindirilib.
Qasımlı yazılı iltizam verdiyinə görə hansı cinayət işindən söhbət getdiyini deməyib.
O, rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə də xeyli suallar verildiyini deyib.
Siyasi Menecment İnstitutunun rəhbərinin ölkədən çıxışına qadağa qoyulmasına gəlincə, ona bu barədə məlumatın daha sonra veriləcəyi bildirilib.
Azər Qasımlıya noyabrın 22-də Bakı Beynəlxalq Aerportunda bildirilib ki, ölkədən çıxışına qadağa qoyulub.
Onun Amerikanın Səsinə verdiyi məlumata görə, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi.
“Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm. Lakin hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Bu qadağa qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər”, o bildirib.
Daxili İşlər Nazirliyi Azər Qasımlının ölkədən xaricə buraxılmamasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.
Azər Qasımlı şahid qismində dindirilib