Təbiətin kamil əsərini məhv edənlərin təbiəti qoruyacağı fikri saxtakarlıqdan başqa bir şey deyil

Ölkədə beynəlxalq COP29 konfransının keçirildiyi bir zamanda onlarla təşkilatın Azərbaycanda xüsusi olaraq siyasi məhbus probleminə diqqət ayırması olduqca təqdirəlayiqli bir addımdır. Təbiətin şah əsəri olan insanın dəyəri alınmayan bir düzəmində təbiətə dəyər nümayişi süni və saxtakarlıqdan başqa bir şey deyil. Fundamental azadlıqların ayaqlar altına alındıqı, söz, fikir və düşüncə, inanc və inam məhbusu olan yüzlərlə vətəndaşımızın günahsız məhbəs həyatına məhkum edilməsi konfransın səmimiyyətdən çox çox uzaq olmasına əyani nümunədir.

Günahsızların həbsi, saxlanılan zaman şiddətə məruz qalması, yalan və qurama məhkəmələrin keçirilməsi, təcridxana və həbsxanalarda fiziki və psixoloji işgəncələr, tibbi təminatdan məhrum bir durum və onlarla bu kimi qeyri-insanı davranışlar canlı varlıqların həyatına qənim kəsilərkən təbiətin qorunması üçün konfransın təşkili haqlı olaraq baykot çağırışlarında əks olunur.

15 saylı cəzaçəkmə müəssisəsində Seyfəddin Şirvanovla bağlı yaşanan özbaşnalıqlar, onu gərgin atmosferdə, həbsxana mühitində səhhətində problemlərə yol açan vəziyyətin yaradılması deyilənlərin sübutudur.

 Hal-hazırda yaşam mücadiləsi aparan inanclı yüzlərlə günahsız həbs olunanlardan və durumlarına laqeyd münasibət bəslənilərdən biridir. İqlimi düşünən bir sistem öz vətəndaşı ilə bu qədər amansız davranış sərgiləməklə təbiətə mərhəmət münayişi söylədiklərinə çarpaz və ziddiyyətlidir.

Biz yaşanan hallara etiraz edir və Seyfəddin Şirvanovun timsalında bütün siyasi məhbuslara, günahsız vətəndaşlarımıza azadlıq tələb edir, hakimiyyətə–Öldürmə, azad et!- çağırışı edirik.

 

Müsəlman Birliyi Hərəkatı.