Abxaziyada etirazlara görə hərbi texnika yeridildi

Noyabrın 11-də Rusiyanın Abxaziyaya investisiyası ilə bağlı razılaşmaya qarşı çıxan müxalifətçilərin saxlanmasından sonra Abxaziyada başlayan etirazlar davam edir. 

Operativtv Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Nümayişçilər Suxumda üç əsas körpünü bağlayıb, məhbusların azad edilməsini və bu razılaşmanın ləğvini tələb ediblər. 

Prezident Bjaniya fövqəladə iclas çağırıb, "dövlət başçısı"nın binasına hərbi texnika göndərilib.

Müxalifətin bəyanatından məlum olub ki, saxlanılanların sayı 6 nəfərə çatıb.