Avropa İttifaqının BMT və ATƏT-dəki nümayəndəliyi Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Azərbaycanda müstəqil jurnalistlərin siyasi motivlərlə həbsi ilə bağlı narahatedici artım qeydə alınıb. Abzas Media, Toplum TV, Kanal 11 and Kanal 13 -ə qarşı repressiya və həbsləri vurğulayan Aİ nümayəndəliyi jurnalistlər də daxil olmaqla fundamental hüquqlarından istifadə edərək fəaliyyət göstərdiklərinə görə həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edib, Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.
Avropa İttifaqının BMT və ATƏT-dəki nümayəndəliyi Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə bəyanat yayıb