Oktyabrın 30-da Sumqayıt Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin (MBHİH) üzvünün şikayət ərizəsinə baxıb. Məhkəmə Ağa-Əli Yəhyayevin Sumqayıt Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası və həbs qəti imkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə bağlı verilən şikayət əsasında təyin olunmuşdu.
Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclas online olaraq keçirildi. İşlə tanışlıq mərhələsi olan iclasda Ağa-Əli Yəhyayevin iştirakı təmin edilmədi. Hakim bunu açılış iclası olaraq Ağa-Əlinin bu məhkəmədə iştirakında zərurət olmadığını bildirərək məhkəməni davam etdirib.
Ruhiyyə Əsgərova işlə tanışlıqdan sonda işin istintaq aparılmadan icraata verilməsini istədi. Prokuror bu fikrə etiraz etmədi. Ardınca hakim vəsadətdə əksini tapan həbsqəti imkan tədbiri dəyişdirilməsi qərarına baxdı və qərar dəyişdirmədən qüvvədə saxlanıldı. Bununlada ilk məhkəmə iclası yekunlaşdı.
Növbəti proses noyabrın 15-ə təyin olundu.
Xatırladaq ki, AğaƏli Yəhyayev 2023-cü ilin 31 avqustunda saxlanılmış və barəsində narkotik ittihamı irəli sürülmüşdü. 2024-cü il sentyabrın 20-də o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.
Ağa-Əli Yəhyayevin Apellyasiya məhkəməsi keçirilib