Fransada bıçaqlanan Vidadi İskəndərli vəfat etdi

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli ölüb.

 

Operativtv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında məlumat verib.

“Vidadi İsgəndərli xəstəxanada vəfat etdi! Aldığı çoxsaylı bıçaq zərbələri onun həyatına son qoydu və xilas etmək mümkün olmadı” - o bildirib.

Qeyd edək ki, Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli dünən bıçaqlanmışdı. Reanimasiya şöbəsinə yerləşdirilən V. İsgəndərlinin vəziyyəti ağır olaraq qiymətləndirilirdi.