Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var

Ucarda yanacaq daşıyan maşın aşıb.

Operativtv APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax yolunda qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan yanacaq daşıyan maşın idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində partlayış olduğu bildirilir. Yanacaq daşıyan maşın rayon sakini Davud Sadiq oğlu Şərifova məxsus həyətə aşaraq yanıb. Sürücü, 1964-cü il təvəllüdlü Tahir Mehdiyev maşında ölüb.