Hacı Tale Bağırzadə: “Bəşəriyyət vəd olunmuş qurtuluşa doğru hərəkətdədir”

İlahiyyatçı Hacı Tale Bağırzadə Livanda terror qurbanı olaraq şəhadətə yüksələn Hizbullah lideri Seyyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Bağışlayan və Mehriban Allahın adı ilə.
“Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) dərk etmirsiniz.”
Bəqərə surəsi, 154-cü ayə
Dünyada zülm və terror beşiyi olan sionizmin bəşəri cinayət mənbəyi olduğunu öz mübarizəsi ilə aydınladan əfsanəvi komandan Seyid Həsən Nəsrullah uzun müddətdən bəri şövqlə həsrətini çəkdiyi şəhadət məqamına nəhayətdə qovuşdu.
Müsəlman dünyasının hüzünlü qəlbi İslamın bu böyük sərkərdəsinin sevgisi ilə döyünür, göz yaşları onun eşqi ilə aram-aram süzülməkdə davam edir. O, şəhadəti ilə dünya qəfəsini qıraraq əbədiyyətə, İlahi ziyafətə tələsdiyi halda bu ayrılığa üzgün qəlblər müqavimət liderinin itkisində qüssəlidir.
Bununla belə aciz düşüncə sahibləri bu həqiqəti anlamalıdırlar ki, haqqın müdafiəsi şəxsin bətnindən doğan ədalətin zəfərinə ümiddir. Heç bir halda bu addım İslamın şanlı qəhrəmanlarının şəhadəti ilə tükənməyəcək, əksinə hər şəhidin qanı ədalətin zəfəri üçün haqqsevənlərin varlığına səpilərək onu daha mətin və daha amansız edəcəkdir. Bunu Musa Sədrlər, Abbas Musəvilər, İmad Muğniyələrin qanının davamçıları olan ədalət aşiqləri, onların şəhadətdən ilhamlanaraq parlaq nümunəyə çevrilən həyat hekayələri göz önündədir.
Bu günün şəhid Nəsrullahı sabahın minlərlə mübarizinin meydanlarda sionizmi məhv etmək üçün səfərbər olan şanlı əsgərlərdir. Düşmən bu günün Amerika dəstəyinə əsaslanan addımını qələbəsi deyil, cəhənnəminə açılan növbəti qapı olduğuna əmin olmalıdır. Bəşərin oyanış hərəkatı dünyanın zülm güclərinə qarşı vəd olunan qələbəni daha da yaxınlaşdırır. Buna zərrə qədər olsun şübhə yoxdur.”