İsrail parlamentində dava - Deputat zaldan qovuldu

İsrail parlamenti Knessetdə deputatlar arasında dava düşüb.  

Operativtv Unikal-a istinadən xəbər verir ki, parlamentdə davam edən müzakirələr zamanı söz alan fələstinli ərəb millət vəkili Ayman Odehin sözləri parlamentdə etiraz yaradıb.

HƏMAS və terrordan danışan israilli deputatlara tribunadan cavab verən Odeh, "Ən böyük terror İsrail işğalıdır" deyib.

Bu sözlərlə gərginliyin artdığı parlamentdə ifrat sağçı israillilər Odeyə hücum edib. Odeh məmurların müdaxiləsi ilə zaldan qovulub.