Bakıda taksi fəaliyyəti ilə məşğul olan Namiq Şirinovdan günlərdir ki, heç bir məlumat almaq mümkün olmayıb. Anasının xəstəxana xərclərini qarşılamaq üçün taksi fəaliyyətində çalışan Namiq iyulun 26-da, günorta radələrində son telefon əlaqəsi qura bilib. Bundan sonra inanclı ilə əlaqə saxlamaq mümkün olmayıb.
Yaxınları bu barədə 102-xidmətinə məlumat versələr də hələ ki, onun harada olduğu bəlli deyil.
Praktiki olaraq yaşanan hallar sonradan itən şəxsin polislər tərəfindən oğurlanması ilə nəticələnib. Adətən haqqında bir neçə gün məlumat gizlədilən polis idarələri yalnız məhkəmə qərarı və saxta narkotik ittihamından sonra şəxsin onlar tərəfindən saxlanılmasını bildirir.
Namiq Hacıalı oğlu Şirinov Zərdab rayon sakinidir. Anasının xəstəliyi səbəbindən bir müddətdir ki o, Bakıya gəlib və anasının müalicə işləri ilə məşğul olur. Gəlirlərini isə inanclı taksi fəaliyyəti ilə qarşılayır.
Müsəlman Birliyi Hərəkatının üzvü Namiq Şirinov 2020-ci il II Qarabağ müharibəsi Qazisidir.
MBH üzvündən günlərdir xəbər yoxdur