Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl Nəhhale Qəzza zolağında müharibəyə son qoymaq səylərini müzakirə ediblər.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamaya görə, Haniyə Qətərin paytaxtı Dohada Nehhale və müavini Məhəmməd əl-Hindinin də olduğu İslami Cihad heyətini qəbul edib.
Tərəflər sionist İsraillə dolayı danışıqları və müharibəyə son qoymaq səylərini müzakirə ediblər.
Tərəflər Fələstin müqavimət qruplarının meydanda və siyasətdə hərəkət etdiyini vurğulayaraq, sionist İsraillə hər hansı razılaşmanın “daimi atəşkəs, sionist İsrailin Qəzzanı bütünlüklə tərk etməsi, yenidən qurulması, blokadanın aradan qaldırılması və ciddi məhbus mübadiləsini ehtiva etməli olduğu"na diqqət çəkiblər.
Haniyə iyunun 8-də verdiyi açıqlamada HƏMAS-ın Fələstin xalqının təhlükəsizliyini təmin etməyən heç bir razılaşmanı qəbul etməyəcəyini vurğulayıb.
ABŞ prezidenti Co Bayden mayın 31-də Ağ Evdəki çıxışında bildirib ki, sionist İsrail üç mərhələdən ibarət yeni atəşkəs təklifi təklif edib.
Həmas və İslami Cihad liderləri Qətərdə görüşüblər