Daha bir MBH ailəsinin üzvünə hökm oxunub. Fevralın 15-də hərəkat üzvü, Yasin Əhmədovun məhkəmə prosesi başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Yasin Əhmədov barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Səbinə Məmmədova şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Yasin Əhmədovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Yasin Əhmədov 2023-cü ilin 2 aprel tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. İstintaq dövründən məhkəmədə saxta şahidlərin iştirak etdiyi dövrə qədər o, bütün ittihamları qurama adlandırıb və həbsinin ölkədə geniş miqyaslı təmizləmə siyasəti ilə əlaqəli olduğunu söyləyib.
Hələ də davam edən həbslər, sayları mini ötdüyü deyilən inanclıları təmizlənmə siyasəti olaraq gerçəkləşdirilir. Bu sırada ruhanilərin sayı 50-dən artıqdır.
İnanclı Yasin Əhmədova hökm oxunub